WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Explore Azərbaycanda iş
Arrow
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Explore Məlumatlar və xidmətlər
Arrow
Haqqımızda
Explore this section to learn more.
Explore Haqqımızda
Arrow
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Xəstəliyə görə məzuniyyət

Xəstəliyə görə məzuniyyət

This page was last updated on: 2025-06-03

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə müavinətlər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 günə görə işəgötürən tərəfindən, növbəti günlərə görə isə icbari dövlət sosial sığorta üzrə ödənişlər hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin itirilməsi müddəti üzrə bərpa olunanadək (və ya əlillik müəyyən edilənədək) sığorta edilən şəxsə ödənilir.

Aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət müəyyən edilmir:

  1. işçinin sığorta stajı 6 aydan az olarsa;
  2. cari iş yerində sosial sığorta ödənişləri olmadıqda;
  3. sağlamlığa qəsdən zərər vurulduqda və ya işdən yayınmaq məqsədi ilə xəstəlik barədə yanlış məlumatlar verildikdə;
  4. əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçi tərəfindən cinayətin törədilməsinin nəticəsi kimi;
  5. məhkəmə qərarı ilə icbari müalicə təyin olunduqda (ruhi xəstələr istisna olmaqla).
  6. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən buraxılmış iş günlərinin sayını gündəlik müavinət məbləğinə vurmaqla ümumi müavinət məbləğini müəyyən etmək mümkündür. Həmin məbləğ son 12 tam aya görə əmək qabiliyyətinin itirilməsi ayına qədər olan gəlirin məbləğindən asılıdır. Belə olan halda, bir iş gününə görə gündəlik gəlir son 12 tam aya görə əmək qabiliyyətinin itirilməsi ayına qədər olan gəlirin həmin müddət ərzində olan iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Əgər sığorta edilən şəxs əmək qabiliyyətini itirdiyi tarixədək son 12 tam təqvim ayı ərzində işləməmişdirsə, bir iş gününə görə orta gündəlik gəlir minimum aylıq əmək haqqının məbləğinin əmək qabiliyyətinin itirilməsi ayında olan iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Gündəlik müavinətin maksimum məbləği aylıq maksimum həddin həmin ayda iş günlərinin sayına bölünməsi yolu ilə müəyyən edilir. Müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşının məbləğindən və ya ikiqat tarif dərəcəsindən çox ola bilməz. Ümumilikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği sığorta stajından asılıdır: - 100% gəlir – 12 ildən çox staj; - 80% gəlir – 8-12 il staj; - 60% gəlir – 8 ilədək staj. Ayrıca hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasının başqa normaları müəyyən edilmişdir (Əsasnamə №189). Mənbələr: Əmək Məcəlləsinin 74 maddəsi, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 07.02.2006 tarixli 55-IIIQ nömrəli qanununun 6 maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998 tarixli 189 nömrəli qərarı ilə (01.07.2016 tarixli redaksiya) təsdiqlənmiş “Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” II bölməsi

Ödənişsiz tibbi yardım

Vətəndaşlar sağlamlıqların qorunması və tibbi yardımın alınması hüququna malikdirlər. Dövlət tibb müəssisələrində tibbi yardım ödənişsizdir. Hər bir kəsin, qanunvericilik aktları ilə müəyyən edilən həcmdə tibbi yardım almaq hüququ vardır.

Tibbi yardımın aşağıdakı növləri var: təxirəsalınmaz, ilkin və ixtisaslaşdırılmış. Tibbi yardım aşağıdakı formalarda göstərilir: stasionar və ambulator.

Mənbələr: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26.06.1997 tarixli 360-IQ nömrəli qanununun 10, 17, 32-34 maddələri

Məşğulluq təminatı

6 aydan az müddətə əmək qabiliyyətinin itirilməsi işdən azad olunma üçün əsas ola bilməz. Bir ildən az müddətə əmək qabiliyyətini qismən itirmiş işçilər üçün müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Qanunla daha uzun müddət nəzərdə tutulmadıqda, əgər işçi altı aydan artıq müddət ərzində əmək qabiliyyətli olmaqla öz işini icra etmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Bundan başqa, işəgötürən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində işçi barəsində intizam tədbiri görə bilməz.

Mənbə: Əmək Məcəlləsinin 74 və 189 maddələri

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin və istehsalatda baş verən bədbəxt hadisələrin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Закон Азербайджанской Республики «Об обязательном страховании от утраты профессиональной трудоспособности в результате несчастных случаев на производстве и профессиональных заболеваний» от 11.05.2010 №999-IIIQ (в ред. от 06.07.2023) / Law of the Republic of Azerbaijan «About compulsory insurance against occupational disability as a result of accidents at work and occupational diseases» 11.05.2010 №999-IIIQ (version 19.05.2020)
  • Закон Азербайджанской Республики «О социальных пособиях» от 07.02.2006 №55-IIIQ (в ред. от 30.05.2023) / Law of the Republic of Azerbaijan «About social allowances» 07.02.2006 №55-IIIQ (version 30.05.2023)
  • Закон Азербайджанской Республики “Об охране здоровья населения» от 26.06.1997 №360-IQ (в ред. от 27.12.2024) / Law of the Republic of Azerbaijan “About public health protection» 26.06.1997 №360-IQ (version 27.12.2024)
  • Положение об исчислении и выплате обязательных государственных социальных возмещений по страхованию и пособий, выплачиваемых временно нетрудоспособным работникам за счет средств страхователя, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 15.09.1998 №189 (в ред. от 14.03.2024) / Regulation on the calculation and payment of mandatory state social insurance indemnities and allowances paid to employees temporarily disabled at the expense of the insured, established by Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 15.09.1998 №189 (version 14.03.2024)

Oxşar mövzular

İşdə xəsarət ödənişləri İllik məzuniyyət və bayramlar Müqavilələr və İşdən çıxarılmalar Ailə öhdəlikləri Analıq və iş Səhiyyə və təhlükəsizlik
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı
arrow
Bizimlə əlaqə
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir