WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
İş və Gəlir
Kompensasiya və İş Vaxtı
İllik məzuniyyət və bayramlar
Müqavilələr və İşdən çıxarılmalar
Ailə öhdəlikləri
Analıq və iş
Səhiyyə və təhlükəsizlik
Xəstəliyə görə məzuniyyət
Sosial sığorta
Ədalətli davranış
Həmkarlar
Explore all topics
Aktyorların maaşları
Dünya Liderləri
Futbolçuların maaşları
Futbol məşqçilərinin gəliri
Məşhur cütlüklərin gəlirləri
Məşhur Qadınların Gəlirləri
Musiqiçilərin gəlirləri
Qış Olimpiya Oyunları İdmançıları
Şirkət rəhbərlərinin maaşı
Tennisçilər
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Haqqımızda
Explore this section to learn more.
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Xəstəliyə görə məzuniyyət
  5. İşdə xəsarət ödənişləri

İşdə xəsarət ödənişləri

This page was last updated on: 2025-06-03

Əlillik / istehsalatda baş vermiş bədbəxt hadisələrə görə müavinət

İstehsalatda baş verən bədbəxt hadisələrin 4 növ nəticələri ola bilər: (I) əmək qabiliyyətinin tam davamlı itirilməsi; (II) əmək qabiliyyətinin qismən davamlı itirilməsi; (III) əmək qabiliyyətinin müvəqqəti itirilməsi; (IV) ölüm. Kompensasiyanın məbləği əlilliyin səbəbindən və dərəcəsindən asılıdır .

İşəgötürən öz işçilərini istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən sığortalamalıdır. Sığorta hadisəsi – istehsalatın zərərli və ya təhlükəli amilləri nəticəsində işçi tərəfindən onun vəzifə öhdəliklərinin icrası zamanı baş vermiş və işçinin zədələnməsinə, səhhətinin qəfil pisləşməsinə və ya zəhərlənməsinə səbəb olan hadisədir. Belə olan halda, əmək qabiliyyətinin itirilməsinin dərəcəsini göstərmək, xəstəliyin olub-olmamasını və ya ölüm faktını təsdiq etmək lazımdır. Peşə xəstəlikləri və ya istehsalatda bədbəxt hadisələrin baş verməsi nəticəsində işçinin həyat və sağlamlığına zərərin vurulması nəticəsində işçinin ölümü və ya əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanunvericiliklə sığorta ödənişləri nəzərdə tutulmuşdur.

İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə ona orta əmək haqqının məbləği ilə faiz nisbətində müavinət ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığorta edilən şəxsə əmək qabiliyyətinin itirilməsi müddəti ərzində bərpa olunanadək və ya əlilliyi aradan qaldırılanadək ödənilir. Sonuncu halda əlillik dərəcəsi tibbi komissiya tərəfindən müəyyən edilir.

Əmək qabiliyyətinin tam davamlı itirilməsi müəyyən edildikdə birdəfəlik müavinət ödənilir. Əlillik dərəcəsi tibbi komissiya tərəfindən müəyyən edilir və yenidən baxılır.

İcbari sığorta müqaviləsinə görə sığorta ödənişi əmək haqqının birillik fondu ilə sığorta tarifinin hasili vasitəsilə müəyyən edilir. Aşağıdakı tarif sığortaları müəyyən edilmişdir: qulluqçular üçün – 0,2-0,5%, işçilər üçün – 0,4-2%. Sığorta ödənişi sığorta edən tərəfindən sığorta edilənə hissə-hissə və ya birdəfəlik olaraq icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada müqavilə ilinin əvvəlində ödənilir.

Sığorta ödənişlərinin üç növü var:

  1. aylıq sığorta ödənişi - əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənilməyən aylıq əmək haqqının kompensasiyası;
  2. birdəfəlik sığorta ödənişi – işçi əlil olduqda və ya öldükdə;
  3. əlavə sığorta ödənişi – müalicə, əlavə qidalanma, dərmanların alınması, protezləmə, sosial xidmət, sanatoriya-kurort müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, digər peşəyə hazırlıq xərclərinin ödənilməsi üçün.

Bu ödənişlər düsturlar əsasında hesablanır. Sığorta ödənişinin alınması üçün sığorta tələbinin və müvafiq sənədlərin təqdim edilməsi anından etibarən 10 iş günü ərzində (ölüm baş verdikdə - 2 iş günü) sığorta edən sığorta ödənişinin ödənilib-ödənilməməsi barədə qərar qəbul edir və sığorta müavinətini alan şəxsi bu barədə məlumatlandırır.

Sığorta şirkəti aşağıdakı hallarda sığorta ödənişinin ödənilməsindən imtina edə bilər:

  • işçinin istehsalatda bədbəxt hadisənin baş verməsi üzrə qəsdi;
  • istehsalatda baş verən bədbəxt hadisə zamanı işçiyə spirtli içkilərin, narkotik maddələrin və digər zərərli vasitələrin təsiri;
  • qanunvericiliklə müəyyən edilən digər səbəblər.

Mənbələr: Əmək Məcəlləsinin 304-307 maddələri. “İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11.05.2010 tarixli 999-IIIQ nömrəli qanunu

Oxşar mövzular

Xəstəliyə görə məzuniyyət
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı Haqqımızda səhifəsinə keçin
arrow
Bizimlə əlaqə Əlaqə formasına keçin
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir