WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
İş və Gəlir
Kompensasiya və İş Vaxtı
İllik məzuniyyət və bayramlar
Müqavilələr və İşdən çıxarılmalar
Ailə öhdəlikləri
Analıq və iş
Səhiyyə və təhlükəsizlik
Xəstəliyə görə məzuniyyət
Sosial sığorta
Ədalətli davranış
Həmkarlar
Explore all topics
Aktyorların maaşları
Dünya Liderləri
Futbolçuların maaşları
Futbol məşqçilərinin gəliri
Məşhur cütlüklərin gəlirləri
Məşhur Qadınların Gəlirləri
Musiqiçilərin gəlirləri
Qış Olimpiya Oyunları İdmançıları
Şirkət rəhbərlərinin maaşı
Tennisçilər
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Haqqımızda
Explore this section to learn more.
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Analıq və iş

Analıq və iş

This page was last updated on: 2025-06-03

Hamiləliyə və doğuşa görə məzuniyyət

Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır.

Kənd təsərrüfatı istehsalatında işləyən qadınlara aşağıdakı müddətlərdə hamiləliyə və doğuşa görə məzuniyyət müəyyən edilir:

  • normal doğuş zamanı – 140 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 70 təqvim günü);
  • ağır doğuş zamanı – 156 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 86 təqvim günü);
  • iki və daha artıq uşaq doğulduqda – 180 təqvim günü (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 110 təqvim günü).

Doğuşdan sonrakı analıq məzuniyyəti 2 aylığa qədər olan uşaqları övladlığa götürən qadınlara da verilir və onun müddəti 56 təqvim günüdür.

Mənbələr: Əmək Məcəlləsinin 125 və 126 maddəsi. Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 65 və 67 bəndləri

Ödənişlər

Hamiləliyə və doğuşa görə müavinətlər hamiləliyə və doğuşa görə məzuniyyət müddəti ərzində ödənilir. Dövlət müavinətləri əvvəlki orta əmək haqqının 100% həcmində müəyyən edilir.

Mənbələr: Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 72 bəndi

İşə qəbul zamanı hamiləlik testinin aparılması / sorğu

Azərbaycan qanunvericiliyinə əsasən, işəgötürənlər işə qəbul prosesi zamanı namizədlərdən hamiləlik barədə məlumat tələb edə bilməzlər. Bu müddəa qadınların hüquqlarının qorunmasına və əmək münasibətlərində bərabərliyin təmin edilməsinə yönəlmiş hüquqi çərçivənin bir hissəsini təşkil edir. Belə sorğular işə qəbul zamanı ayrı-seçkiliyin yaranması üçün əsas ola bilər.

Əmək münasibətləri kontekstində peşəkar ixtisas, bacarıqrla və ya əmək fəaliyyətinə aidiyyəti olmayan cins, yaş, ailə vəziyyəti və ya digər amillər əsasında işçilər arasında hər hansı ayrı-seçkilik forması qəti qadağandır.

Bundan əlavə, Azərbaycan Respublikasının “Gender bərabərliyinin (Kişi və qadınların bərabərliyi) təminatları haqqında” Qanununa əsasən, gender bərabərliyi cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində qadınlar və kişilər üçün bərabər imkanların yaradılması və gender əsaslı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması yolu ilə təmin olunur.

Müvafiq olaraq, işəgötürən işə qəbul zamanı namizədin hamiləlik durumu və ya ailə vəziyyəti barədə məlumat tələb etmək hüququna malik deyil, çünki gender əsaslı ayrı-seçkiliyin bütün formaları qadağandır.

Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüquqlarının bərpası tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Mənbələr: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsi; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli, 150-IIIQ nömrəli “Gender bərabərliyinin (kişi və qadınların bərabərliyi) təminatları haqqında” Qanunu (21 dekabr 2010-cu il tarixli dəyişikliklərlə birlikdə)

Ödənişsiz tibbi xidmətlər

Hamiləlik, doğuş və doğuşdan sonrakı prosesdə olan hər bir qadın dövlət səhiyyə sisteminin müəssisələrində ödənişsiz ixtisaslaşdırılmış tibbi yardımla təmin edilir. Azərbaycan Respublikasının vətəndaşları sağlamlığın qorunması və tibbi yardımın alınması hüququna malikdirlər. Dövlət tibb müəssisələrində tibbi xidmət ödənişsizdir. Hər bir kəs qanunvericilik aktları ilə müəyyən edilmiş həcmdə tibbi yardım almaq hüququna malikdir.

Tibbi yardımın aşağıdakı növləri var: təxirəsalınmaz, ilkin və ixtisaslaşdırılmış. Tibbi yardım aşağıdakı formalarda göstərilir: stasionar və ambulator.

Mənbələr: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26.06.1997 tarixli 360-IQ nömrəli qanununun 10, 17, 32-34 maddələri

Analıqla işin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 23.04.2024) / Law of the Republic of Azerbaijan “About social insurance» 18.02.1997 №250-IQ (version 23.04.2024)
  • Закон Азербайджанской Республики “Об охране здоровья населения» от 26.06.1997 №360-IQ (в ред. от 27.12.2024) / Law of the Republic of Azerbaijan “About public health protection» 26.06.1997 №360-IQ (version 27.12.2024)
  • Положение об исчислении и выплате обязательных государственных социальных возмещений по страхованию и пособий, выплачиваемых временно нетрудоспособным работникам за счет средств страхователя, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 15.09.1998 №189 (в ред. от 14.03.2024) / Regulation on the calculation and payment of mandatory state social insurance indemnities and allowances paid to employees temporarily disabled at the expense of the insured, established by Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 15.09.1998 №189 (version 14.03.2024)

Oxşar mövzular

Mühafizə Ana südü ilə qidalandırma Ailə öhdəlikləri Xəstəliyə görə məzuniyyət Müqavilələr və İşdən çıxarılmalar
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı Haqqımızda səhifəsinə keçin
arrow
Bizimlə əlaqə Əlaqə formasına keçin
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir