WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
İş və Gəlir
Kompensasiya və İş Vaxtı
İllik məzuniyyət və bayramlar
Müqavilələr və İşdən çıxarılmalar
Ailə öhdəlikləri
Analıq və iş
Səhiyyə və təhlükəsizlik
Xəstəliyə görə məzuniyyət
Sosial sığorta
Ədalətli davranış
Həmkarlar
Explore all topics
Aktyorların maaşları
Dünya Liderləri
Futbolçuların maaşları
Futbol məşqçilərinin gəliri
Məşhur cütlüklərin gəlirləri
Məşhur Qadınların Gəlirləri
Musiqiçilərin gəlirləri
Qış Olimpiya Oyunları İdmançıları
Şirkət rəhbərlərinin maaşı
Tennisçilər
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Haqqımızda
Explore this section to learn more.
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Ədalətli davranış

Ədalətli davranış

This page was last updated on: 2025-06-03

Əməyin bərabər ödənilməsi

Konstitusiyaya müvafiq olaraq, hər bir kəsin heç bir ayrı-seçkilik olmadan əməyin ödənilməsi hüququ var. Əmək Məcəlləsi “bərabər əməyə görə bərabər ödəniş” prinsipinin pozulması da daxil olmaqla hər-hansı ayrı-seçkiliyi qadağan edir. Ayrı-seçkiliklərə yol verməklə prinsipin pozulması səbəbi ilə əmək haqqının hər-hansı formada azaldılması yolverilməzdir.

“Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanun işəgötürənlərdən hər-hansı ayrı-seçkilik olmadan qadın və kişilər üçün bərabər əmək şəraitlərinin təmin edilməsini tələb edir. Eyni iş yerlərində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, bərabər əmək şəraitlərində işləyən və eyni dəyərə malik olan işləri icra edən işçilər üçün, cinsindən asılı olmayaraq bərabər məbləğdə əmək haqqı, mükafatlar və digər həvəsləndirici ödənişlər ödənilməlidir. İşçinin tələbi ilə işəgötürən əmək haqlarının məbləğləri arasındakı fərqin və işçinin cinsi arasında əlaqənin olmamasını əsaslandırmalıdır.

Mənbə: Konstitusiyanın 35 maddəsi, Əmək Məcəlləsinin 16 və 154 maddələri, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 7 və 9 maddələri

Ayrı-seçkiliyə qadağa

Konstitusiyada və Əmək Məcəlləsində ayrı-seçkiliyə qadağa və bərabər davranış prinsipi təsbit olunub. Əmək münasibətlərində vətəndaşlıq, cinsi, irqi, dini, milli, dil, yaşayış yeri, əmlak mövqeyi, mənşə, yaş, ailə vəziyyəti, əqidə, siyasi baxışlar, həmkarlar ittifaqı və digər ictimai təşkilatlarda üzvlük, məşğulluq, İİV/QİDS, seyrək skleroz və s. xəstəliklərin əlamətlərinə görə ayrı-seçkilik qadağandır. Həmkarlar ittifaqının üzvləri üçün bu qayda xüsusi qanunla tənzimlənir. Konkret iş növünün xarakteristikaları, ayrıca insan qruplarına qayğı (18 yaşına çatmamış işçilər, əlillər, qadınlar) və ya dövlət təhlükəsizliyi tədbirləri ilə bağlı istisnalar ayrı-seçkiliyə aid edilmir.

İşəgötürən işçilərin işə qəbulu, vəzifə üzrə irəliləmə, ixtisasartırma, iş keyfiyyətinin qiymətləndirilməsi, işdən azad edilmə, intizam tədbirlərinin tətbiqi, əmək şəraitlərinin müəyyən edilməsi, əmək haqqının müəyyən edilməsi və s. zamanı ayrı-seçkiliyə yol verməməlidir. “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanun bunun barəsində xüsusi normaları əks etdirir. İşçinin tələbi ilə işəgötürən verilən imtiyazlarla işçinin cinsi arasındakı əlaqənin olmamasını əsaslandırmalıdır. İşə qəbulla bağlı müraciətinə mənfi cavab almış şəxs işə götürəndən işə qəbul edilən əks cinsin nümayəndəsinin təhsil, peşə hazırlığı, peşə keyfiyyətləri və s. görə onu üstələməsi barədə yazılı izahat tələb etmək hüququna malikdir. Qanunvericiliklə müəyyən edilən tələblər istisna olmaqla, işəgötürənlər elanlarda cinsə qarşı tələbləri göstərə bilməzlər. İşəgötürənlər işçilərə qarşı onların cinsindən asılı olaraq müxtəlif tələblər irəli sürə bilməzlər, həmçinin işçilərin şəxsi həyatları və dünyaya uşaqların gəlməsi bərədə planları haqda məlumatların təqdim edilməsini tələb etməməlidirlər.

Ayrı-seçkiliyə məruz qalmış işçi, pozulmuş hüquqların bərpası və zərərin kompensasiyası ilə bağlı şikayətlə məhkəməyə müraciət edə bilər.

İİV/QİÇS və seyrək skleroz xəstəliklərinin mövcudluğu ilə bağlı ayrı-seçkilik vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək inzibati cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. Cinayət Məcəlləsinə müvafiq olaraq, ayrı-seçkilik 1000 manatdan 2000 manatadək cərimə, yaxud bir ilədək islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxslər tərəfindən vəzifəsindən sui-istifadə etməklə törədildikdə, 2000 manatdan 3000 manatadək cərimə, yaxud iki ilədək islah işləri, yaxud üç ilədək müəyyən vəzifələri tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbələr: Konstitusiyanın 25 maddəsi, Əmək Məcəlləsinin 12 və 16 maddəsi, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 7-10, 17 maddələri, İnzibati xətalar Məcəlləsinin 192.10 və 192.11 maddələri, Cinayət Məcəlləsinin 154 maddəsi, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının 24.02.1994 tarixli 792 nömrəli qanununun 7 maddəsi

Peşənin əldə edilməsinə bərabər imkanlar

Konstitusiyaya müvafiq olaraq, kişi və qadınlar bərabər hüquqlara və azadlıqlara, həmçinin bu hüquqların reallaşdırılması üçün bərabər imkanlara malikdirlər. Bərabər imkanlar – qadın və kişilər üçün insan haqlarının həyata keçirilməsində bərabər şərait və təminatlardır. Konstitusiyaya əsasən, hər bir kəs, peşə bacarıqlarına müvafiq olaraq, iş növünün, peşənin, vəzifənin və fəaliyyət sahələrinin seçimində azaddır.

Lakin, qadınların sağlamlıqlarının müdafiəsi məqsədilə, bəzi istisnalar nəzərdə tutulmuşdur. Əmək Məcəlləsi və “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanunla qadınlar üçün nəzərdə tutulan üstünlüklər və əlavə təminatlar ayrı-seçkilik kimi dəyərləndirilmir.

2023-cü ildən etibarən qadınlar üçün qadağan olunmuş peşələrin siyahısı ləğv edilib. Çətin və zərərli əmək şəraitinə dair məhdudiyyətlər yalnız hamilə qadınlar və 1 yaşınadək uşağı olan qadınlar üçün qüvvədə qalıb. Bu halda işəgötürən qadına həmin amillərin olmadığı digər iş təklif etməli və əvvəlki orta əməkhaqqı səviyyəsində maaş ödəməlidir.

İşəgötürən 14 yaşınadək uşağı və ya 18 yaşınadək əlil uşağı (o cümlədən övladlığa götürülmüş) olan qadınları yalnız onların yazılı razılığı ilə istirahət və qeyri-iş günlərində işə, iş vaxtından artıq işə, gecə vaxtı yerinə yetirilən işlərə və ezamiyyətə cəlb edə bilər. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb olunması üçün də oxşar qayda tətbiq olunur. 3 yaşınadək uşağı olan qadınlar, həmçinin, özünün və uşağın həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığını təsdiqləyən həkim arayışını işəgötürənə təqdim etməlidirlər.

Mənbələr: Konstitusiyanın 25 maddəsi, Əmək Məcəlləsinin 16 maddəsi, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 2-3 maddələri

İşdə ədalətli davranışın təmin edilməsinin normativ tənzimlənməsi:

  • Конституция Азербайджанской Республики 1995 г. / Constitution of the Republic of Azerbaijan 1995
  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 27.12.2024) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 27.12.2024)
  • Уголовный кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 27.12.2024) / Criminal Code of the Republic of Azerbaijan 1999 (version 27.12.2024)
  • Закон Азербайджанской Республики «Об обеспечении гендерного (мужского и женского) равенства» от 10.10.2006 №150-IIIГ (в ред. от 21.12.2010) / Law of the Republic of Azerbaijan «About gender (male and female) equality» 10.10.2006 №150-IIIГ (version 21.12.2010)
  • Закон Азербайджанской Республики «О профессиональных союзах» от 24.02.1994 №792 (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan “About trade unions» 24.02.1994 №792 (version 17.02.2023)

Oxşar mövzular

Seksual qısnama Analıq və iş İş və Gəlir Məcburi əmək Uşaq və gənclər Minimum əməkhaqqı
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı Haqqımızda səhifəsinə keçin
arrow
Bizimlə əlaqə Əlaqə formasına keçin
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir