WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Explore Azərbaycanda iş
Arrow
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Explore Məlumatlar və xidmətlər
Arrow
Haqqımızda
Explore this section to learn more.
Explore Haqqımızda
Arrow
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Ədalətli davranış
  5. Uşaq və gənclər

Uşaq və gənclər

This page was last updated on: 2025-06-03

İşə düzəlmə üçün minimum yaş həddi

Uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan əməklə məşğul olmaq hüququna malikdirlər. Bir qayda olaraq, işə düzəlmək üçün minimum yaş həddi 15 yaşdır. Məktəbi bitirmənin minimum yaş həddi 15 yaşdır, belə ki, icbari ümumi təhsilin müddəti 9 ildir. 15-18 yaşında olan şəxslərlə əmək müqaviləsinin bağlanması zamanı valideynlərdən (qəyyumlardan) birinin yazılı razılığı lazımdır.

18 yaşına çatmamış şəxslər yaşın az olması, əmək bacarıqlarının və ya peşə səviyyəsinin aşağı olması səbəbi ilə işə qəbul edilməyə bilməzlər. 15 yaşına çatmamış şəxslərin işəgötürən tərəfindən işə qəbul edilməsi vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə isə 3000 manatdan 5000 manatadək inzibati cərimənin tətbiq edilməsi ilə cəzalandırılır.

Mənbələr: Əmək Məcəlləsinin 42, 46, 247-249 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19.05.1998 tarixli 499-IQ nömrəli qanununun 24 maddəsi, İnzibati Xətalar Məcəlləsinin 192.8 maddəsi

Zərərli istehsalatda işləmək üçün işçinin minimum yaş həddi

Sağlamlığa zərər vura biləcək işlərə yetkinlik yaşına çatmamış işçilərin qəbul edilməsi qanunla qadağan edilir. Məhz bu səbəbdən, 18 yaşına çatmamış şəxslərin ezamiyyətə buraxılması, istirahət və bayram günlərində işə çıxarılması, iş müddətindən artıq işlədilməsi, gecə işlərinə və yeraltı işlərə cəlb edilməsi qadağandır. Zərərli və ağır əmək şəraiti olan işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib (həmin işlərə 18 yaşına çatmamış şəxslərin cəlb edilməsi qadağandır).

18 yaşına çatmamış işçilər tərəfindən normadan artıq ağırlıqda olan yüklərin qaldırılması və daşınması qadağandır. 16 yaşına çatmamış qızların bütün iş vaxtı ərzində yüklərin qaldırılması və daşınması ilə bağlı işlərə cəlb edilməsi qadağandır.

Həmçinin yetkinlik yaşına çatmamış işçilərin onların mənəvi inkişafına xələl gətirən işlərə cəlb edilməsi qadağandır (gecə klubları, barlar, kazinolar, spirtli və enerji içkilərinin, tütün məmulatlarının, narkotik vasitələrin və toksik maddələrin nəqliyyatı, satışı və saxlanması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi ilə bağlı işlər).

18 yaşına çatmamış şəxslərin tam həcmdə təhsil almalarına mane ola biləcək işlərə qəbul edilməsi qadağandır.

İşəgötürən tərəfindən uşaqların onların sağlamlığına, həyatlarına və mənəviyyatlarına xələl gətirə biləcək işlərə cəlb edilməsi vəzifəli şəxslərə 3000 manatdan 4000 manatadək, hüquqi şəxslərə isə 10000 manatdan 13000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır.

Mənbələr: Əmək Məcəlləsinin 250, 251 və 254 maddələri, İnzibati Xətalar Məcəlləsinin 192.9 maddəsi, “18 yaşına çatmamış şəxslərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 24.03.2000 №58

Yetkinlik yaşına çatmayanların əməyinin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 27.12.2024) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 27.12.2024)
  • Закон Азербайджанской Республики “О правах ребенка» от 19.05.1998 №499-IQ (в ред. от 29.11.2024) / Law of the Republic of Azerbaijan «About children’s rights» 19.05.1998 №499-IQ (version 29.11.2024)
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении списка производств, профессий (должностей) с вредными и тяжелыми условиями труда, а также подземных работ, на которых запрещается применение труда лиц моложе 18 лет» от 24.03.2000 №58 (в ред. от 30.04.2021) / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval the list of industries, occupations (posts) with harmful and difficult labour conditions, as well as underground work in which prohibited the use of the labour of persons under 18 years» 24.03.2000 №58 (version 30.04.2021)

Oxşar mövzular

Ədalətli davranış
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı
arrow
Bizimlə əlaqə
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir