
Shah Rukh Khan
Şahrux Xan ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award " daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür.






