WageIndicator Logo
Azərbaycanda işChevron
Məlumatlar və xidmətlər
Haqqımızda
Search
Bizimlə əlaqə
arrow
Azərbaycanda iş
Explore this section to learn more.
Minimum əməkhaqqı
Yaşayış minimumu
Əməkhaqqı sorğusu
Əmək haqqı hesablayıcısı
Əmək qanunvericiliyiArrow
Məşhurların gəlirləriArrow
İş və Gəlir
Kompensasiya və İş Vaxtı
İllik məzuniyyət və bayramlar
Müqavilələr və İşdən çıxarılmalar
Ailə öhdəlikləri
Analıq və iş
Səhiyyə və təhlükəsizlik
Xəstəliyə görə məzuniyyət
Sosial sığorta
Ədalətli davranış
Həmkarlar
Explore all topics
Aktyorların maaşları
Dünya Liderləri
Futbolçuların maaşları
Futbol məşqçilərinin gəliri
Məşhur cütlüklərin gəlirləri
Məşhur Qadınların Gəlirləri
Musiqiçilərin gəlirləri
Qış Olimpiya Oyunları İdmançıları
Şirkət rəhbərlərinin maaşı
Tennisçilər
Məlumatlar və xidmətlər
Explore this section to learn more.
Haqqımızda
Explore this section to learn more.
Scroll left
Scroll right
  1. Azərbaycan
  2. Azərbaycanda iş
  3. Əmək qanunvericiliyi
  4. Müqavilələr və İşdən çıxarılmalar
  5. Xəbərdarlıq və dayandırılma

Xəbərdarlıq və dayandırılma

This page was last updated on: 2025-06-03

İşdən azad edilmə

Əmək müqaviləsində işdən azad olunmanın aşağıdakı əsasları nəzərdə tutulub:

  1. əmək müqaviləsinin müddətinin qurtarması;
  2. işəgötürənin təşəbbüsü;
  3. işçinin təşəbbüsü
  4. tərəflərin iradəsindən asılı olmayan hallar;
  5. əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  6. müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar
  7. tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; d) işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə, e) əmək vəzifələrini kobud şəkildə pozduqda; f) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; g) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda (65).

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
  • əməyin mühafizəsi qaydalarını pozması;
  • sirrin yayılması;
  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, mənafeyinə ciddi xələl gətirməsi;
  • altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
  • iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

Ştatların azaldılması (ixtisar) ilə əlaqədar gözlənilən işdən azadolma halında, işəgötürən aşağıdakı müddətlərdə işçiyə rəsmi xəbərdarlıq etməlidir (həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajından asılı olaraq):

  • xidmət müddəti – bir ilə qədər olduqda – azı 2 təqvim həftəsi əvvəl;
  • xidmət müddəti – 1 ildən 5 ilə qədər olduqda – azı 4 təqvim həftəsi əvvəl;
  • xidmət müddəti – 5 ildən 10 ilə qədər olduqda – azı 6 təqvim həftəsi əvvəl;
  • xidmət müddəti – 10 ildən artıq olduqda – azı 9 təqvim həftəsi əvvəl.
  • xidmət müddəti – 10 ildən artıq olduqda – azı 9 təqvim həftəsi əvvəl.

Sınaq müddəti başa çatana qədər tərəflərdən hər biri digər tərəfi üç gün öncə yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam verə bilər.

Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; d) işçi müəyyən vəzifəni tutmaq hüququndan məhrum edildikdə, azadlıqdan məhrum edildikdə; e) işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə və ya işçi vəfat etdikdə; f) işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.

Mənbələr: Əmək Məcəlləsinin 10-1, 68-70, 72, 74 və 77 maddələri

Müavinətlər

Təşkilatın ləğv olunması və ya ştatların ixtisarı hallarında aşağıdakı məbləğlərdə ixtisar müavinəti ödənilir (həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajından asılı olaraq):

  • xidmət müddəti – bir ilə qədər olduqda – bir aylıq orta əməkhaqqı;
  • xidmət müddəti – 1 ildən 5 ilə qədər olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;
  • xidmət müddəti – 5 ildən 10 ilə qədər olduqda – rta aylıq əməkhaqqının azı 1.7 misli miqdarında;
  • xidmət müddəti – 10 ildən artıq olduqda – rta aylıq əməkhaqqının azı iki misli miqdarında;

İş şəraitinin dəyişməsi, işçinin hərbi və ya alternativ xidmətə çağırılması, əmək qabiliyyətinin itirilməsi hallarında işçiyə ikiqat orta aylıq əməkhaqqı miqdarında müavinət ödənilir.

İşçi öldükdə, onun vərəsələrinə orta aylıq əmək haqqının ən azı üç misli miqdarında müavinət ödənilir. Təşkilat mülkiyyətçisinin dəyişməsi səbəbi ilə əmək müqaviləsinə xitam verildikdə, orta aylıq əmək haqqının ən azı üç misli miqdarında kompensasiya ödənilir.

İşəgötürən, işçinin razılığı ilə, xəbərdarlıq müddətinə əməl etmədən əmək müqaviləsini aşağıdakı kompensasiyanı ödəməklə ləğv edə bilər:

  • orta aylıq əməkhaqqının 0.5 misli – azı 2 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
  • orta aylıq əməkhaqqının 0.9 misli – azı 4 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
  • orta aylıq əməkhaqqının 1.4 misli – azı 6 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
  • orta aylıq əməkhaqqının iki misli – azı 9 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
  • ən azı orta aylıq əməkhaqqının bir misli (bir dəfə) - rəsmi bir ay öncədən xəbərdarlıq müddətinin əvəzinə. Bu halda əmək müqaviləsi rəsmi xəbərdarlıq müddətində ləğv edilən və bu dövrü əvəz edən işçilərə ödənilən məbləğ, xəbərdarlıq müddətindən keçən vaxta mütənasib olaraq azaldılmalıdır.

Kollektiv müqavilə və ya əmək müqaviləsi ilə daha yüksək həcmdə kompensasiya və ixtisar müavinəti nəzərdə tutula bilər.

Mənbələr: Əmək Məcəlləsinin 77 maddəsi

Oxşar mövzular

Müqavilələr və İşdən çıxarılmalar
WageIndicator haqqında ətraflı məlumat
WageIndicator komandamızla əlaqə saxlayın və işimiz haqqında ətraflı məlumat əldə edin
Ətraflı Haqqımızda səhifəsinə keçin
arrow
Bizimlə əlaqə Əlaqə formasına keçin
arrow
WageIndicator Logo
WageIndicator Azərbaycan
Clear data, better decisions
WageIndicator Foundation dünyada minimum əmək haqqı, yaşayış minimumu, yaşayış tarifləri və yaşayış gəliri, əməkhaqqı və maaşlar, əmək qanunları, kollektiv razılıqlar, qiq işi və platforma əsaslı işlər haqqında məlumatları toplayan, müqayisə edən və paylaşan qlobal, müstəqil, qeyri-kommersiya təşkilatıdır. 2000-ci ildə başlamışıq və hazırda 208 ölkədə və bölgədə fəaliyyət göstəririk.
Haqqında
Haqqımızda
Missiyamız
Komandamız
Araşdırma mərkəzi
İmtina bildirişləri və siyasətlər
Alətlər və Məlumatlar
Məlumatlarımızı alın və onlara çıxış əldə edin
Kollektiv razılıqlar
Əmək qanunvericiliyi
Yaşayış minimumu, yaşayış gəliri, yaşayış tarifi
Minimum əməkhaqqı
Əmək haqqı hesablayıcısı
Bizimlə əlaqə yaradın
Facebook
Instagram
Linkedin
Youtube
Bülletenlər
Vebinarlar
FacebookInstagramLinkedinYoutubeBülletenlərVebinarlar
Terms & ConditionsGDPR MessagePrivacy StatementCookie SettingsWageIndicator Foundation tərəfindən təchiz edilmişdir